ZƏMƏXŞƏRİ MAHMUD

(467/1075 – 538/1143) – təfsirçi, fəqih və kəlam alimi olmuşdur. O, Xarəzmin Zəməxşər məntəqəsində Səlcuq sultanı Malik şahın dövründə yoxsul türk ailəsində doğulmuşdur. Ancaq, onun fars əsilli olduğunu qeyd edənlərdə olmuşdur. Mahmud gənc yaşlarında atın belindən yıxılaraq ağır zədə almış və ayağını itirmişdir. O, ilk təhsilini atasından almışdır. Daha sonra elmlərə böyük maraq göstərmiş, Orta Asiyanın elm və mədəniyyət mərkəzi olan Buxara şəhərində təhsilini davam etdirmişdir. Burada fiqhi, hədisləri, təfsiri, kəlamı (I), məntiqi, fəlsəfəni və ərəb dilini yaxşı öyrənmişdir. Hətta o, bir müddət siyasi baxışlarına görə təqib belə olunmuşdur. O Məkkə, Yəmən, Ərəbistanın başqa yerlərinə səyahət etmişdir. Bir müddət Məkkədə yaşamışdır. Burada o, bir çox kitablarını, o cümlədən onu dünyada tanıdan Quran təfsirini yazmışdır. Məkkədə tanındıqdan sonra o, Xarəzmə alim kimi qayıtmış, həyatının sonuna qədər burada yaşamışdır. Mahmud Zəməxşəri əqidədə mütəzili, fiqhdə isə hənəfi məzhəbinin ardıcılı olmuşdur. Mütəzili olduğuna görə sünni ilahiyyatçıların tənqidinə məruz qalmışdır. Buna görə də, Səlcuq sultanları onun dərin biliyə sahib olmasına baxmayaraq onu dəstəkləməmişdirlər. Ancaq o da, ona qarşı yönələn tənqidləri cavabsız qoymamış, sünni alimləri ilə elmi mübahisələr aparmışdır. O dövrün bir çox tanınmış alimləri Zəməxşərinin tələbələri olmuşdurlar. O, ərəb dilinin qramatikasının ən mahir bilicisi olmuş, hətta o, bu sahədə əsərlər belə yazmışdır. Bundan başqa o, hədis elmi üzrə də kitabların müəllifidir. Ancaq, Mahmud Zəməxşərinin ən məşhur kitabı onun mütəzililik mövqeyindən yazılmış “Kəşşaf” adlanan Quranın təfsiri olmuşdur. Buna görə də, onun bu kitabını sünni ilahiyyatçılar tənqid etmiş, onu təkzib etmək üçün çoxlu əsərlər yazmışdırlar.
ZƏLLƏ
ZƏMZƏM
OBASTAN VİKİ
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud (ad)
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Mahmud (Əbyəlil)
Mahmut kəndi (başq. Мәхмүт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Mahmut kəndinin milli tərkibi: başqırdlar 100%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 27 km., kənd sovetliyindən (Xəlil): 8 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 17 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Mahmud Abbas
Mahmud Abbas (ərəb. محمود عباس‎) və ya Əbu Mazen (ابو مازن‎‎; 15 noyabr 1935, Safed, Britaniya Fələstini) — Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri.
Mahmud Abbasov
Mahmud Abdullayev
Mahmud Abdulla oğlu Abdullayev (30 iyun 1941, Kirovabad – 6 iyul 2023, Bakı) — Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Mahmud Abdullayev 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasına işə daxil olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır. 1964-cü ildə AzET Əkinçilik İnstitutunda aspiranturaya daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir. 1967-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin AzET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində 1971-ci ilə qədər çalışmışdır. İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildən AzET Əkinçilik İnstitutunda böyük elmi işçi, sonra qrup rəhbəri və nəhayət, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra elmi tədqiqat işlərini davam etdirərək 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqro-kimya İnstitutunda Torpaqşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. M. Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır.
Mahmud Allahmanlı
Mahmud Qаrа oğlu Аllаhmаnlı (1960, Kəmərli, Qazax rayonu) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist, Azərbaycan Milli Elmlər Akademiyasında Folklor üzrə Əlaqələndirmə şurasının sədr müavini. == Həyatı == Mahmud Allahmanlı 1960-cı ildə Qazax rayоnunun Kəmərli kəndində anadan оlub. Оrta məktəbi başa vurduqdan sоnra 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (kеçmiş V.İ.Lеnin adına Azərbaycan Dövlət Pеdaqоji İnstitutunun) dil-ədəbiyyat fakültəsində оxuyub. === Ailəsi === Məhəmməd Allahmanlının qardaşıdır. == Elmi fəaliyyəti == 1990-cı ildə «Aşıq Valеhin həyat və yaradıcılığı» mövzusunda namizədlik, 2008-ci ildə isə «Aşıq yaradıcılığının inkişaf mərhələləri» mövzusunda dоktоrluq dissеrtasiyası müdafiə еtmişdir. Aşıq yaradıcılığının inkişaf mərhələlərinin öyrənilməsi sahəsində nailiyyət qazanmışdır. Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin Azərbaycan ədəbiyyatı tarixi kafеdrasının prоfеssоrudur. Xalq yaradıcılığından, Azərbaycan ədəbiyyatının qədim və оrta əsrlər dövründən mühazirələr dеyir. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Dnepropetrovs Universitetinin Bakı filialında, Bakı Müəllimlərin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması İnstitutunda mühazirələr oxumuşdur. Fоlklоrşünas alim, tənqidçi, publisist kimi tanınıb.
Mahmud Allahverdiyev
Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). == Həyatı == 1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur. Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991).
Mahmud Ağayev
Mahmud Səfər oğlu Ağayev (noyabr 1897, Bakı – 2 yanvar 1938)—Azərbaycanın təhsil naziri. == Həyatı == Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda anadan olub. 1910-cu ildə ibtidai rus-tatar (rus-Azərbaycan) məktəbini bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 1922–1925-ci illərdə Moskvada Kommunist Universitetində, 1929–1933-cü illərdə isə Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub. Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik" jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra o, "Kommunist" qəzetinə redaktor təyin edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə müdiri göndərilib, respublika marksizm-leninizm kurslarının direktoru vəzifəsində çalışıb.
Mahmud Canbaxışov
Mahmud Cavadov
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Mahmud Esambayev
Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924, Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d] – 7 yanvar 2000, Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984). == Həyatı == Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir. 1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.
Mahmud Eyvazov
Mahmud Bağır oğlu Eyvazov (7 fevral 1808, Pirəsora, Lerik rayonu – 3 dekabr 1960, Pirəsora, Azərbaycan SSR, SSRİ) — talışəsilli Azərbaycan uzunömürlüsü. == Həyatı == Mahmud Eyvazov 7 fevral 1808-ci ildə indiki Lerik rayonunun Pirasora kəndində anadan olub. Mahmud Eyvazova 1956-cı ildə SSRİ poçt markası həsr olunmuşdur. Həmin il Mahmud babanın qızının 120 yaşı tamam olmuşdur. Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirasora kəndində vəfat edib. == Həmçinin bax == Onun 150 yaşı var (film, 1958) Səadət yolu ilə (film, 1956) Lerik Uzunömürlülər Muzeyi == İstinadlar == == Xarici keçidlər == "Почтовая серия, посвященная М. Эйвазову" (rus). edudic.ru. İstifadə tarixi: 2014-06-13. Агаддин БАБАЕВ. "ДОЛГОЖИТЕЛИ ТАЛЫША : МАХМУД ЭЙВАЗОВ" (rus). tolishpress.org.
Mahmud Hesabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Hessabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. == Həyatı == Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. == Həyatı == Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Mahmud Kaşğari
Mahmud ibn Hüseyn ibn Məhəmməd əl-Kaşğari (ərəb. محمود بن الحسين بن محمد الكاشغري‎), Mahmud Kaşğari (uyğ. Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (türk. Kâşgarlı Mahmud; 1029, Qaşqar, Qaraxanilər dövləti – 1101, Upal[d], Qaraxanilər dövləti) — Qaraxanlılar dövlətində yaşamış filoloq və leksioqraf. Türk dünyasının ilk ensiklopedik lüğəti "Divani lüğət-it-türk" əsərinin müəllifidir. == Şəcərəsi == Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır. O, Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur.
Mahmud Kərimov
Mahmud Kərim oğlu Kərimov (18 oktyabr 1948, İrəvan – 10 fevral 2013, İstanbul) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2001–2013). == Həyatı == Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb. Evli idi, oğlu və qızı var.
Mahmud Mayıllı
Mahmud Muhiti
Mahmud Muhiti (uyğ. مەھمۇت مۇھىتى; çin. 马木提·穆依提; pinyin: Mǎmùtí Mùyītí; Wade-Giles: Mamut'i Muit'i; 1887 – 1944, Sian), təxəlüssü Mahmud Sijan (çin. 师长 pinyin: Shīcháng; Wade-Giles: Shih-ch'ang) — Şərqi Türkistanda uyğur mənşəli hərbi xadim, general və siyasətçi. Sincan əyalətinin qubernatoruna qarşı Kumul üsyanı zamanı Niyazi Xocanının rəhbərlik etdiyi üsyançıların komandiri idi. Üsyan zamanı Sincanın yeni təyin olunmuş qubernatoru Şen Şenq Niyazi Xoca ilə barışığa nail olduqdan sonra, Muhiti 1934-cü ildə qısa müddət ərzində Qaşqar bölgəsinin Hərbi Komandanı vəzifəsini yerinə yetirmişdir. Onu bu vəzifəyə təyin edən Şenq çox keçmədən Mühitini işindən azad etdi və türk müsəlmanlarından ibarət 6-cı Uyğur Diviziyasının komandiri təyin edildi. Bu vəzifədə o, həmçinin Qaşqar bölgəsinin Hərbi Komandirinin müavini funksiyanı da yerinə yetirirdi. Muhiti Şenqin SSRİ ilə sıx əlaqələrinə qarşı çıxır və Qaşqarda ona qarşı müxalifət formalaşdırırdı. O, 1937-ci ildə Şenqə qarşı İslam üsyanını təşkil etdi və Britaniya Hindistanına qaçdı.